Fevralın 20-də Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biləsuvar Yeniyetmə və Gəncləri” İctimai Birliyi tərəfindən həyata keçirilən "Dahi Şəxsiyyət Heydər Əliyev" layihəsi çərçivəsində Salyan rayonunda növbəti tədbir keçirilib.
Xəbər24.medianın məlumatına görə, Salyan Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə layihə rəhbəri Ülvi Həzizadə, Salyan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhərrəm Məmmədov, YAP Salyan rayon təşkilatının əməkdaşı Vüqar Ağayev, Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, rayon gənclər və idman sektorunun baş məsləhətçisi Fariz Sadıqlı, Mərkəzi Kitabxananın direktoru Səidə Əliyeva, həmçinin layihənin eksperti Elçin Həsənli və şagirdlər iştirak ediblər.
Əvvəlcə çıxış edən layihə rəhbəri Ülvi Həzizadə Gənclər Fondunun fəaliyyəti, həmçinin layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib. Layihə rəhbəri qeyd edib ki, bu gün Azərbaycanının davamlı inkişafı Ulu öndərin əsasını qoyduğu strateji inkişaf kursuna əsaslanır. Xüsusilə gənclərimizin inkişafı, onların yüksək vəzifələrdə irəli çəkilməsi həyata keçirilən uğurlu gənclər siyasətinin bariz nümunəsidir.
Çıxış edən Rayon İcra Hakimiyyətinin nümayəndəsi M.Məmmədov bildirib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanımızın müasir simasını müəyyən edən dahi şəxsiyyətdir. Böyük rəhbər iki dəfə ölkəmizin həyatına xilaskar kimi daxil olaraq vətənini və xalqını çox mürəkkəb vəziyyətlərdən çıxarmışdır.
Həmçinin YAP Salyan rayon təşkilatının nümayəndəsi V.Ağayev çıxışında qeyd edib ki, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Bu gün Ümummilli Liderin zəngin irsinin daha dərindən, hərtərəfli öyrənilməsi hər birimiz üçün vacibdir.
Heydər Əliyev Mərkəzinin direktoru N.Bayramova çıxışında Ulu Öndərin dövlətçilik səriştəsi və bacarığı ilə qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxardığını, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdığını vurğulayıb.
Salyan rayon gənclər və idman sektorunun nümayəndəsi F.Sadıqlı bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın yeni tarixini yazıb və bu tarix bu gün də yaşayır. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyini öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi.
Çıxış edən Mərkəzi Kitabxanaının direktoru Səidə Əliyeva Ulu öndərin zəngin siyasi fəaliyyəti barədə iştirakçıları ətraflı məlumatlandırıb.
Layihənin eksperti E.Həsənli keçirilən layihəyə müsbət rəy bildirirək, qeyd edib ki, Heydər Əliyevin ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat və həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Bu gün hər bir gəncimizə bu keyfiyyətlərin aşılanması onların gələcək inkişafında müstəsna əhəmiyyət kəsb edəcəkdir.
Sonda tədbir iştirakçıları layihədə fəal iştirakına görə sertifikatlarla təltif olunublar.
Məlumat üçün qeyd edək ki, layihə növbəti günlərdə Cəlilabad, Masallı və Lənkəran rayonlarında da icra olunacaqdır.