14:22

Ramazan bayramı münasibətilə şəhid ailəsi ziyarət olunub

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi Ramazan bayramı münasibətilə şəhid baş Leytenant Mais Abbasovun ailəsini ziyarət edib.

Xəbər24.medianın məlumatına görə, ziyarətçilər əvvəlcə şəhidin xatirə lövhəsinin qarşısında ruhuna dualar oxuyublar.

Daha sonra şəhidin valideynləri ziyarət edilib. Görüşdə Lənkəran MKS-in direktor v.m.i.e Arzuyə Rufullayeva Ramazan bayramı münasibətilə onları təbrik edib. Görüş zamanı şəhid baş leytenant Mais Abbasovun keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.

A.Rufullayeva həmçinin şəhidlərimizin xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını, heç bir zaman unudulmayacağını və dövlətimizin daim şəhid ailələrinin və qazilərimizin yanında olduğunu qeyd edib.

Şəhid anası Zahirə Abbasova dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhidlərimizə dəyər verdikləri, şəhid ailələrini diqqətdə saxladıqları üçün təşəkkürünü çatdırıb.