11:53

Şair Salman Məmmədoğlu ilə görüş keçirilib - FOTOLAR

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin "Mədəniyyətimiz uğurlara doğru" layihəsi çərçivəsində AYB və AJB-nin üzvü,  şair-publisist Salman Məmmədoğlu ilə görüş keçirilib.

Xəbətr24.medianın məlumatına görə, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mədəniyyət işçilərinin, yazıçı və şairlərin, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor v.m.i.e Arzuyə Rufullayeva "Mədəniyyətimiz uğurlara doğru" layihəsi çərçivəsində rayonun tanınmış şəxsləri və ziyalıları ilə keçiriləcək görüşlərin mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, daha sonra şair Salman Məmmədoğlunun həyat və yaradıcılığı barədə məlumat verib.

Çıxış edən AYB Lənkəran bölməsinin sədri Qafar Cəfərli, Prezident təqaüdçüsü, yazıçı Səyavuş Süleymanlı, Lənkəran ŞİH başçısının Boladı kənd ərazi vahidliyi üzrə nümayəndəsi Nizami Hüseynov, yazıçı-publisist Hafiz Mirzə, şair-jurnalist Xudaverdi Cavadov, gənc muğənni Allahveren Pərvizoğlu, Əfqanıstan veteranı, şair Qulaməli Hüseynov, Salman Məmmədoğlunun qızı Çimnaz Kərimova, şairlərdən Bəxtiyar Hüseynov, Eldar İlqaroğlu, Ağamir Cavad, Lənkəran MKS-nin Boladı kənd Kitabxana filialının müdiri Könül İsmayılova, tanınmış idmançı Əlizadə Əsədov, Boladı kənd folklor evinin direktoru Şahnaz Rzayeva və digərləri Salman Məmmədoğlunun yaradıcılığından söz açaraq, şairə yeni-yeni uğurlar arzulayıblar.

Daha sonra Salman Məmmədoğlunun şeirləri Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin şagirdləri Zəhra Kərimli və Səbinə Əzimova tərəfindən səsləndirilib.

Müğənni Samirə Ağayeva ifa etdiyi "Azərbaycan" mahnısı ilə tədbirə daha da rəng qatıb.

Sonda şair-publisist Salman Məmmədoğlu görüşün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildiərək, imzaladığı kitablarını oxuculara təqdim edib.