15:35

İcra başçısı şəhid bacısının toy şənliyində iştirak edib-FOTOLAR

Xəbər24.medianın məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid Röyal İbrahimovun bacısının toy şənliyində iştirak edib.
Şəhid valideynlərinə xeyir-dua verən icra başçısı dövlətimizin hər zaman bütün imkanları ilə onların yanında olduğunu vurğulayıb.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyilə bağlı rayonumuzda təşkil olunan konsert proqramında çıxış edən tanınmış musiqiçilərdən əməkdar artist Firuz Səxavət, Şöhrət Məmmədov, Cavid Kişiyev, Günel Məhərrəmova, Elgün Əlizadə və Qurban Nəzərov da Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının dəvəti ilə şəhid bacısının toy şənliyinə qatılaraq, bir-birindən rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi Röyal İbrahimov Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah xeyir versin!






Xəbər24.media
Şahidi olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:xebermedia24@rambler.ru