16:58

Yardımlıda “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib

Yardımlı Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün“ mövzusunda dəyirmi masa keçirilib. Xəbər24.infonun məlumatına götə, dəyirmi masada RİH aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən natiqlər dünya şöhrətli siyasi xadim Ümummilli Lider Heydər Əliyevin öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaratmasından, 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu öndərimizin siyasi xəttinin əsasını təşkil etməsindən, Ümummilli Liderin dövlətçilik konsepsiyasının Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli olmasından bəhs ediblər.