Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Dünya İqtisadi Forumunun sessiyasında Ermənistan hakimiyyətinin faktiki olaraq Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıdığını bəyan edib.
“Söhbət təkcə son münaqişənin nəticələrindən getmir. Fakt budur ki, Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb. Praqa bəyanatında isə bunu sadəcə olaraq kağıza köçürüb”,-deyə V.Putin vurğulayıb.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya Qarabağda təhlükəsizlik qarantı rolunu oynamaqda davam edəcək və öz missiyasını azaltmağı planlaşdırmır.
Həmçinin Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib ki, Rusiya tərəfi hələ də Ermənistan-Azərbaycan sərhədində KTMT-nin monitorinq missiyasının yerləşdirilməsini təklif edir.