14:53

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Cəlilabadda Voleybol çempionatı keçirilib - FOTO

08-09 may 2023–cü il tarixlərində Cəlilabad rayon Gənclər və İdman idarəsi və rayon Bələdiyyələrin Əlaqələndirmə Şurasının birgə təşkilatçılığı ilə Cəlilabad rayon Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbin idman zalında rayonun 8 komandasının iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Voleybol idman növü üzrə rayon çempionatı keçirilib.
Görüşdə Cəlilabad RİH başçısı Rafiq Cəlilov və aparat rəsmiləri iştirak ediblər.
Görüşün açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi ilə yad edilib.
Çempionatın keçirilməsində əsas məqsəd Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edilməsi, gənclərin asudə vaxtını səmərəli təşkil etmək, gənclər arasında sağlam və aktiv həyat tərzinin təbliği və voleybol idman növünə marağı artırmaqdan ibarətdir.
Çempionatın nəticələrinə görə Uzuntəpə kənd komandası l yerə, Həziabad kənd komandası isə ll yerə layiq görülüblər.
Sonda fərqlənən komandalar Cəlilabad RİH başçısı Rafiq Cəlilov tərəfindən Fəxri fərman və medallarla təltif ediliblər.










Xəbər24.media
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:xebermedia24@rambler.ru