18:39

Yardımlıda əhalinin sayı artıb

Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin Xəbər24.mediaya verdiyi məlumata görə, cari ilin əvvəlindən rayonun ümumi əhalisi 147 nəfər artaraq, 2023-cü il aprel ayının 1-i vəziyyətinə 67804 nəfərə çatıb. Bütün əhalidən 11 faizi şəhər, 89 faizi isə kənd sakinləridir. 2023-cü ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 277 nəfər doğulan körpə və 85 ölüm halı qeydə alınıb. Əhalinin təbii artımı 192 nəfər olub. İlin ilk 3 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 99 nikah və 11 boşanma halı rəsmiləşdirilib.

Xəbər24.media
Şahidi olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:xebermedia24@rambler.ru