12:38

Lənkəranda “Mən azərbaycanlıyam” adlı müsabiqə keçirilib

Lənkəran Regional Mədəniyyət İdarəsinin Lənkəran şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Mən azərbaycanlıyam” adlı istedad müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.
Xəbər24.media - nın məlumatına görə, müsabiqəyə aktyorluq, bədii qiraət və rəqs istiqaməti üzrə 80-dən çox iştirakçı qatılıb. Onların məharəti tanınmış rejissor, aktyor, qiraətçi və pedaqoqlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqənin final mərhələsi may ayının 27-də keçiriləcək.




Xəbər24.media
Şahidi olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:xebermedia24@rambler.ru