15:46

60 yaşlı Conni Depp Budapeştdə oteldə huşsuz vəziyyətdə tapılıb

Aktyor və musiqiçi Conni Depp Budapeştdəki otel otağından təcili xəstəxanaya çatdırılıb. Xəbər24.media bildirir ki, bu barədə məlumatı
Macarıstanın "Blikk" qəzeti yayıb.

60 yaşlı Conni Depp “Hollywood Vampires” qrupu ilə birlikdə Budapeştə qastrol səfərinə gəlib. Musiqiçi məşqə və tamaşaya gəlmədiyindən qrup üzvləri həyəcan təbili çalıblar. Yalnız bundan sonra axtarışlara başlanılıb və Deppini oteldəki otağında huşsuz vəziyyətdə tapıblar.

KİV aktyorun səhhətinin pisləşməsinə onun pis vərdişlərinin səbəb olduğunu güman edir.