09:28

İrina Miroşniçenkonun varisi yoxdur

Avqustun 3-də 81 yaşında vəfat edən RSFSR-in xalq artisti İrina Miroşniçenkonun mirası haqqında məlıumat aşıqlanıb.

Xəbər24.media Rusiaya KİV-lərinə istinadən bildirir ki, sənətçinin heç bir yaxın qohumu qalmayıb - onun bütün keçmiş ərləri və böyük qardaşı dünyasını dəyişib. Miroşniçenkonun Moskva yaxınlığındakı Opalixdə evi və Moskvanın mərkəzindəki Tverskaya küçəsində üç otaqlı mənzili olub. Bundan əlavə, aktrisanın anasından aldığı Gnezdnikovsky Lane-dəki mənzili icarəyə verilib.

Aktrisa özündən sonra heç bir vəsiyyət saxlamayıb. Onun irsi ilə bağlı vəziyyəti şərh edən vəkil Aleksandr Dobrovinski Miroşniçenkonun əmlakının bir hissəsinin şəhərin mülkiyyətinə keçirilməsini təklif edib.

Qeyd edək ki, avqustun 3-də səhər saatlarında RSFSR-in xalq artisti İrina Miroşniçenkonun septik şokun təsirindən öldüyü barədə məlumat yayılmışdı.