15:42

Lənkəran-Astara Regional Təhsil İdarəsinə yeni müdir müavini təyin olunub


Lənkəran-Astara Regional Təhsil İdarəsində yeni təyinat olub. Xəbər24.medianın əldə etdiyi məlumata görə, Rəhim Rafiq oğlu Rəhimov regional idarə müdirinin müavini təyin olunub.

Qeyd edək ki, R.Rəhimov 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2004-cü ildə isə magistr pilləsini Sumqayıt Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı ixtisası üzrə bitirib.

Uzun müddət müəllim kimi fəaliyyət göstərib. 2011-ci ildən etibarən Ucar rayon Qazıqumlaq kənd 1 nömrəli tam orta məktəbində direktor vəzifəsində işləyib.

Yeni təyinata qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri vəzifəsində çalışıb.