07:23

Salyanda valideynlər vahid məktəbli geyimi ilə bağlı nə dərəcədə məlumatlandırılıblar?

Orta məktəblərdə dərslərin başlamasına təxminən 1 ay qalır. Bu tədris ilində orta məktəblərdə vahid məktəbli geyimi forması tətbiq olunacaq.

Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.

Bəs görəsən Salyan məktəblərində bu istiqamətdə hansı maarifləndirmə işləri aparılır?

Salyan şəhər 2 nömrəli tam tam orta məktəbin direktoru Aynur Əsgərovanın sözlərinə görə, məktəbin Pedoqoji Şurası tərəfindən məktəbli forması seçilib: "Bu seçilən forma barədə valideynlər Nazirlər Kabinetinin qərarına əsasən Pedaqoji Şura tərəfindən seçilən məktəbli forması barədə məlumatlandırılıb. Eyni zamanda valideynlərə məktəbə az müddət qalmış forma tapmaqda çətinlik çəkməsinlər deyə indidən istədikləri satış məntəqələrindən gedib formanı almaları tövsiyə edilib.”
Tural Nəsirov