16:51

İdarə müdiri jurnalistlərlə görüşəcək

Avqustun 22-də saat 10.00-da Lənkəran-Astara Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov bölgə jurnalistləri ilə hesabat xarakteli görüş keçirəcək. Bu barədə məlumatı Xəbər24.mediaya idarənin mütəxəssisi Alim Əliyev verib. Onun sözlərinə görə, İdarə müdiri ilə görüş Lənkəran şhərinin Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qeyd edək ki, yeni dərs ili ərəfəsində keçirilən bu görüşdə təhsi problemləri ilə bağlı bir sıra məsələlərə aydınlıq gətiriləcək, jurnalistləri maraqlandıran bu və ya digər suallar cavablandıracaq.