16:46

6 saylı tam orta məktəb-liseydə müəllimlərin müsahibəsi keçirilir

Avqustun 21-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin Ümumi təhsilin təşkili və idarə olunmasının sektor müdiri Fuad Qarayevin və sektorun əməkdaşlarının iştirakı ilə Lənkəran şəhərindəki S.Kazımbəyov adına 6 saylı tam orta məktəb-liseydə hazırda çalışan müəllimlər üçün müsahibə təşkil olunub.

Xəbər24.media bildirir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müvafiq əmri ilə 2023-2024-cü tədris ili üçün Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli məktəb-liseyi ilə Masallı şəhər “Dəfinə” məktəb-liseyinin növbəti tədris ilindən etibarən texniki-riyaziyyat təmayüllü lisey kimi fəaliyyət göstərməsi nəzərdə tutulub.

Ümumi təhsilin təşkili və idarə olunması sektoru və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə sözügedən liseyələrə mərkəzləşdirilmiş qaydada həyata keçirilən imtahanla qəbul edilən şagirdlərə dərs deyəcək müəllimlərin müəyyən edilməsi məqsədi ilə müsahibələr davam edir.