17:42

Lənkəran-Astara Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov bölgə jurnalistləri ilə hesabat xarakteli görüş keçirib-FOTOLAR

Avqustun 22-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran-Astara Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov rəhbərlik etdiyi qurumun 1 illik fəaliyyətinə həsr olunmuş bölgə jurnalistləri ilə hesabat xarakteli görüş keçirib.

Xəbər24.medianın məlumatına görə, görüşdə 29 müxtəlif media qurumunu təmsil edən jurnalist iştirak edib.
Görüş zamanı idarə müdiri Regional Təhsil İdarəsinin 1 illik fəaliyyəti dövründə görülmüş işlər barədə, 0 cümlədən işə qəbul (direktor, direktor müavinləri, təsərrüfat müdiri və tədris-yardımçı heyət), vətəndaş müraciətləri, şagird nailiyyətləri, təhsil işçilərinin peşəkar inkişafına yönəlmiş təlim və vebinarlar, MİQ və sertifikasiya üzrə statistika, buraxılış və ali məktəblərə qəbul imtahanının nəticələrinin təhlili, regional təhsil idarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin təmir-tikinti, istilik təminatı və məktəbli formasına keçid ilə bağlı hesabat xarakterli məlumat verib.

İdarə müdiri həmçinin media nümayəndələrini maraqlandıran müxtəlif xarakterli sual və təklifləri də cavablandırıb.

Sonda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Astara rayonu dənizkənarı park-bulvar kompleksində keçirilən təhsil festivalında göstərdikləri dəstəyə görə bir qrup media nümayəndəsi Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Tədbirin yekununda xatirə şəkli çəkilib.