17:39

Bir məktəbin 45 məzunundan 44-ü tələbə adını qazanıb


Lənkəran şəhərindəki S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəb-liseyin uğurları ildən-ilə artmaqdadır. Cari ildə bu təhsil ocağının 11 L1 sinfinin bütün məzunları, 11 L2 sinfinin 22 məzunundan 21-i tələbə adını qazanıb.

Məktəb üzrə 45 şagirddən 2 nəfər 600 baldan yüksək, 1 nəfər 650 baldan yüksək, 14 şagird 500 baldan yüksək nəticə göstərib.

Qeyd edək ki, məzunlardan Qurbanova Firanə FLEX proqramını (Gələcək Liderlərin Mübadiləsi) qazanaraq təhsilini ABŞ-da davam etdirəcək. O bu il FLEX proqramını qazanan 22 azərbaycanlıdan biridir.