12:18

“Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyevin 70 yaşı tamam olub

Lənkəran Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Ələkbər oğlu Əliyevin 70 yaşı tamam olub. Xəbər24.medianın məlumatına görə, bu münasibətlə yubilyar Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov tərəfindən qəbul edilib. İcra başçısı Ə.Əliyevi fəxri fərman və qiymətli hədiyyə təqdim edib, cansağlığı və ictimai fəaliyyətində uğurlar arzulayıb.

Yubilyar isə öz növbəsində göstərdiyi diqqətə görə T.Qaraşova minnətdarlıq edərək bundan sonra da dövlətə və xalqa sədaqətlə xidmət edəcəyini bildirib.

Qeyd edək ki, Ə.Əliyev uzun illər Lənkəran ŞİH-də müxtəlif vəzifələrdə çalışıb. Dövlət başçısı tərəfindən “Tərəqqi” və “Dövlət qulluğunda fərlənməyə görə” medalları ilə təltif edilib.