09:55

Lənkəranda mədəniyyət işçilərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Q.Vəliyev adına Lənkəran şəhəri Mədəniyyət Mərkəzinin təşkilatçılığı və 1, 2, 3, 5 saylı şəhər, Rvo kənd və Tatoba kənd klublarının, Bürcəli kənd və Aşağı Nüvədi kənd Mədəniyyət evlərinin birgə iştirakı ilə il ərzində həyata keçiriləcək Tədbirlər Planına uyğun olaraq şəhər və rayonun ayrı-ayrı ərazilərində növbəti ağacəkmə aksiyası keçirilib.

Xəbər24.medianın məlumatına görə, aksiya zamanı həmçinin Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəssamlıq kursunun dərnək üzvləri təbiiətin gözəlliyini özündə əks etdirən rəsm əsərləri yaradıblar.

Ümumillikdə, mədəniyyət işçilərinin səyləri ilə ilin əvvəlindən indiyə kimi 100-dən çox dekorativ ağac əkilib və ilin sona qədər daha 300 ağacın əkilməsi planlaşdırılır.