12:40

Lənkəranda 5 Mart Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə “İdman Həftəsi” çərçivəsində Lənkəran şəhərində idman ictimaiyyətinin iştirakı ilə parad keçirilib.

Xəbər24.medianın məlumatına görə, paradda Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarından 1000-ə yaxın idmançı gənc iştirak edib.

Lənkəran şəhərinin Şirəli Axundov küçəsindən start götürən parad Heydər Əliyev Parkında idmançıların nümunəvi çıxışları ilə davam etdirilib.

Qeyd edək ki, parad ölkənin idman paytaxtı olan Quba şəhərində canlı yayımlanıb.