11:23

Lənkəranda tanınmış diş həkimi bıçaqlanıb

Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Xəbər24.medanın məlumatına görə, 38 yaşlı şəhər sakini Cəlal Azadov şəxsi münasibətlər zəminində Nihad Malızadə tərəfindən bıçaqlanıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisəni törətməkdə təqsirli bilinən N.Malızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Yaralı dərhal Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və təcili əməliyyata götürülüb.

Qeyd edək ki, tanınmış stomatoloq Cəlal Azadov Lənkəran rayonunun Göyşaban kəndində fəaliyyət göstərir.

Faktla bağlı araşdırma aparılır.