13:39

Qanunsuz çöl donuzu ovu ilə məşğul olan şəxs yaxalanıb

Lerikdə qanunsuz çöl donuzu ovu ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xəbər24.mediaya verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon sakini E.Vəliyevin Günəşli kəndindəki meşəlik ərazidə axşam saatlarında qanunsuz çöl donuzunun ovladığı müəyyənləşdirilib.

Ondan 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl donuzu aşkarlanaraq müsadirə olunub.

Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.