18:44

Lənkəranda ər arvadını baltalayıb

Lənkəranda baltanma olub. Xəbər24.medianın məlumatına görə hadisə rayonun Mamusta kəndində qeydə alınıb. Kənd sakini, 1955-ci il təvəllüdlü Şahəddin Bayram oğlu Məlikov həyat yoldaşı, 1952-ci il təvəllüdlü Xanımqız Həsən qızı Məlikovaya balta ilə xəsarət yetirib. Daha sonra o, özünə xəsarət yetirib.

Hər iki şəxs Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər X.Məlikovaya başın kəsilmiş yarası, sol mil sümüyünün tipik yerin dəyişən qəlpəli sınığı, Ş.Məlikova isə hər iki saidin döş qəfəsin, boyunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

İlkin məlumata görə ər və arvad arasında dəfələrlə ailə münaqişəsi olub.

Ş.Məlikov polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.