15:05

Qohumunun kartındakı pulu onlayn yolla ələ keçirən Cəlilabad sakini ifşa olunub

Qohumunun kartındakı pulu onlayn yolla ələ keçirən Yardımlı sakini ifşa olunub. Bu barədə Xəbər24.mediaya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Yardımlı rayon sakini olan bir nəfərin bank kartından 350 manat oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Yardımlı Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, Cəlilabad rayon sakini Ə.Təhməzli müəyyən edilərək saxlanılıb. Onun həmin bank kartına aid məlumatları əldə etdikdən sonra mobil tətbiq vasitəsilə hesabdakı pulu oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.