09:48

Həftəsonu yol qəzalarında 8 nəfər ölüb

Həftəsonu (27-28 may) respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Xəbər24.media"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib.

Bildirilib ki, nəticədə 8 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.