17:45

Lənkəranın İcra başçısı Novruz bayramı ərəfəsində Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinləri ilə səyyar görüş-qəbul keçirib

Martın 19-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Aşağı Nüvədi qəsəbəsi inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirib. Xəbər24.medianın məlumatına görə, tədbirdə torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası uğrunda şəhid olan qəhrəman Vətən övladlarınını xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İcra başçısı öncəliklə yerli insanların timsalında lənkəranlıların ilaxır çərşənbə və Novruz bayramlarını təbrik edib, onlara can sağlığı arzulayıb. Daha sonra Taleh Qaraşov ötən səyyar görüş-qəbulda yerli sakinlər tərəfindən qaldırılan məsələlərin icra vəziyyəti barədə sakinlərə məlumat verib.

Onun sözlərinə görə, yerli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll olunan, ədalətli şəkildə qaldırılan bütün məsələlər həllini tapıb, digər məsələlər barədə aidiyyəti üzrə yuxarı dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanıb və artıq bir sıra məsələlər Dövlət Proqramına daxil edilib.

Səyyar görüş-qəbulda vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərini rayon rəhbərliyinə çatdırmasına tam şəraitin yaradılıb. ŞİH başçısı qeyd edib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsən onun nəzarəti altındadır. Taleh Qaraşov yerlərdə keçirilən səyyar görüş-qəbulların insanların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunması istiqamətində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinləri qarşılıqlı açıq dialoq şəklində onları narahat edən problemləri birbaşa icra başçısına çatdırıblar. Yerli sakinlər qaldlrdıqları məsələlərin həllindən ötrü səmimi yanaşmaya görə rayon rəhbərliyinə təşəkkür ediblər. Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinləri vətəndaşlara göstərilən diqqət və qayğıya, habelə ölkədə sosial-iqtisadi layihələrin uğurlu tətbiqi nəticəsində gündəlik həyat səviyyələrinin yaxşılaşnasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.\