20:55

Lənkəranlı tələbə təltif olunub

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin vokal sənəti xanəndəlik ixtisası üzrə III kurs tələbəsi, 3 dəfə Respublika mahnı müsabiqəsinin qalibi Allahverən Pərvizoğlu bu təhsil ocağının ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə "Təşəkkürnamə" ilə təltif olunub. "Təşəkkürnamə"ni ona kollecin direktoru Leyla İbrahimova təqdim edib.

Xəbər24.medianın məlumatına görə, A. Pərvizoğlu diqqət və qayğı üçün LDU-nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimovaya təşəkkürünü bildirib.