11:54

Cəlilabad sakini arıların hücumu nəticəsində ölüb

Cəlilabad rayon sakini arıların hücumu nəticəsində ölüb.

Xəbər24.media-nın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Adil Rzayev öz arılarına qulluq edən zaman, arı yeşiyinin üzərinə yıxılıb. Bu vaxt arılar ona hücum edərək sancıblar.

O, Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılsa da, dünyasını dəyişib.

Məhz yaşlı kişinin ölümünə səbəb arıların sancması ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Xəbər24.media
Şahidi olduğunuz hər hansı bir hadisəni, təklif və iradlarınızı saytın e-mail ünvanına göndərə bilərsiniz: xebermedia24@rambler.ru